Jurnalistlər bu cür xəbərləri yayan zaman diqqətli olsun! — DTX-dan XƏBƏRDARLIQ

GÜNDƏM 31 yan 2023, 13:50
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Demokrat.az-ın xəbərinə görə, DTX-nin saytında yer alan açıqlamada bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur:

"İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top