ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır

DÜNYA 31 yan 2023, 13:47
"ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır".

Demokrat.az “Deutsche Welle” televiziyasına istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyaya səfəri zamanı deyib.

Bildirilib ki, Şimali Koreyanın nüvə potensialının artması fonunda Cənubi Koreyaya səfər edən Ostin koreyalı həmkarı Li Conq-Sapla görüşüb.

Rəsmi Seul Şimali Koreya tərəfindən potensial təhlükənin artması səbəbi ilə Vaşinqtondan zəmanət əldə edib.

Pentaqon rəhbəri öz növbəsində söz verib ki, ABŞ Cənubi Koreyanı qorumaq üçün bütün adi və nüvə çəkindirici vasitələrdən istifadə etmək mövqeyinə sadiqdir.//APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top