Avstriyada zirzəmidə 6 uşaq tapılıb

DÜNYA 30 yan 2023, 21:52
Avstriyada  zirzəmidə 6 uşağı saxlayan şəxs  polislər tərəfindən saxlanılıb. 

İngiltərənin “The Times” qəzeti saxlanılan şəxsin Tom Landon adlı sui-qəsdçi olduğunu yazıb. Qəzetin yazdığına görə, zirzəmidə Britaniya şirkəti üçün alınmış silahlar tapılıb.

Yerli polisin verdiyi məlumata görə, şübhəli şəxsin evindən uşaqların səsləri eşidildikdən sonra qonşuları müvafiq bölmələrə məlumat veriblər. Polislər zirzəmiyə çatanda dəhşətli mənzərə ilə qarşılaşıblar. Səlahiyyətlilər zirzəmiyə girişdə və içərisində təhlükəsizlik kameralarının olduğunu da bildiriblər.

Qeyd etmək lazımdır ki, cinayətkar həbs olunsa da, uşaq istismarına dair heç bir dəlil olmadığından o, elə  həmin axşam sərbəst buraxılıb, lakin dövlət hakimiyyətinə müqavimət göstərməkdə ittiham olunacağı gözlənilir.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top