Kremldən Boris Consonun iddialarına REAKSİYA

DÜNYA 30 yan 2023, 16:47
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Vladimir Putinin onu raket hücumu ilə bağlı təhdid etməsi iddiasına cavab verib.

Demokrat.az
xarici KİV-ə istinadla bildirir ki, bununla bağlı jurnalistlərə açıqlama verən Peskov, raket hücumu ilə bağlı heç bir təhdidin olmadığını bildirib. 

O, həmçinin əlavə edib ki, bu iddia ya qəsdən, ya da şüursuz şəkildə söylənilmiş bir yalandır:

"Ola bilsin o cənab Putinin fikirlərini düzgün başa düşməyib".

Kreml  sözçüsü qeyd edib ki,  Putin hələ o zaman Consona bunları çatdırıb: 

"Ukrayna NATO-ya qoşulacağı təqdirdə, Rusiya sərhədlərinə yerləşdiriləcək ABŞ və ya NATO raketlərinin bir neçə dəqiqə ərzində Moskvaya çatacaq. Əgər bu fikir təhdid kimi başa düşülürsə, deməli, qəribə bir vəziyyət yaranıb".

Qeyd edək ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.

Arzu
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top