“İran hücumu məişət hadisəsi ilə ört-basdır etməyə çalışır” — Türkiyəli politoloq

SİYASƏT 30 yan 2023, 12:11
"Azərbaycanın Tehrandakı səfirliyinə səhər saatlarında edilən hücum ilginç bir saldırıdır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib. Politoloq hesab edir ki, İran bu hadisəni məişət problemi ilə ört-basdır etməyə çalışır:

"Silahlı basqınçı peşəkarcasına avtomobili səfirliyin maşınına vurur, səfirliyin qapısını açır, səfirliyə daxil olur və ilk görənləri nişan almadan atəşə tutur. Nəticədə Orxan Əsgərov şəhid olur. Digər  zabit işə qarışaraq hücumçunun ələ keçirilməsini təmin edir. İran hücumun məişət hadisəsi olduğunu izah edərək bunu ört-basdır etməyə çalışır. Azərbaycan bu hadisəyə görə İranı günahlandırsa da, səfirliyi bağlayana qədər hadisəni irəli aparmağa çalışır. Türkiyə də İranla Azərbaycan arasında böhranın yaranmasını istəmir, amma dünya siyasəti İranı da embarqo dairəsinə daxil edəcək və sərhədləri daha da genişləndirəcək. Türkiyə İranla Azərbaycan arasında döyüşün olmasını istəmir, amma İran Azərbaycana qarşı bir hərəkətə keçmə ehtimalı olarsa, bunun cavabını açıqca verəcək".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top