Goranboyda körpə uşaq meyiti tapılıb

SOSİAL 29 yan 2023, 18:25
Goranboy rayonunda körpə uşaq meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub.

“Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb”, - DİN rəsmisi qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top