Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ — FOTO

HADİSƏ 29 yan 2023, 14:10
Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.

Demokrat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq müavin dünən dünyasını dəyişib.

Qeyd edək ki, Lerik rayonunun Kiravud kəndində anadan olan Əsgər Məmmədov 1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb, 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top