Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

HADİSƏ 29 yan 2023, 12:31
Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.

Demokrat.az
-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında Şəki şəhərində baş verib.

İki dost restoranda yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb və sərxoş vəziyyətdə restorandan çıxaraq küçədə dava etməyə başlayıblar.

Bu zaman yaxınlıqda olan polis əməkdaşı Elvin Əlimərdanov yaxınlaşaraq onları sakitləşdirməyə çalışıb. Dava edənlərdən birinin əlində olan bıçaq E.Əlimərdanova yüngül xəsarət yetirib. Buna baxmayaraq, polis əməkdaşı hər iki şəxsi saxlayaraq şöbəyə aparıb.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top