Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

HADİSƏ 28 yan 2023, 23:23
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Elmar oğlu Adışirinov və 2006-cı il təvəllüdlü Yəhya Məmmədov arasında baş verən mübahisə nəticəsində 17 yaşlı Yəhya Məmmədov özündən 12 yaş böyük 29 yaşlı Xəyyam Adışirinova bıçaqla xəsarət yetirib.

Yaralanan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.
Məlumata görə, hadisə tərəflər arasında söyüşə görə baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top