“Prezidentliyə namizəd ola bilməyim üçün hüquqi əngəl yoxdur”— Ərdoğan

REGİON 28 yan 2023, 22:26
“Dövlət başçısı postuna namizədliyimi irəli sürmək üçün hüquqi əngəl yoxdur”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bununla da Türkiyənin 2018-ci ildə parlamentdən prezident üsul-idarəsinə keçidindən sonra üçüncü müddətə namizəd olmaq hüququnun olmaması ilə bağlı müxalifətin bəyanatlarına cavab verib.

“Türkiyə 2018-ci il seçkilərində yeni hökumət sistemini seçdi. Vaxt sıfırlandı. 2018-ci ildə seçilən prezident yeni hökumət sisteminin ilk prezidentidir”, – Ərdoğan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top