TƏBİB cərimə oluna bilər

SOSİAL 28 yan 2023, 15:48
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) barəsində protokol tərtib edilib. 

Demokrat.az xəbər verir ki, TƏBİB gömrükdə malların saxlanca qoyulması və saxlanc qaydalarının pozmaqda təqsirli bilinir. Qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1 maddəsi ilə protokol yazılıb.

Sözügedən maddəyə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.//qaynarinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top