Bakıda 4 otaqlı evdə baş verən yanğın söndürülüb

HADİSƏ 28 yan 2023, 12:07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində (Kənd Əhmədli), Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Demokrat.az  xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.//APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top