"İran kəşfiyyatının səfirliyə basqının qarşısını ala bilməməsi dəhşətlidir" — Türkiyəli general

SİYASƏT 28 yan 2023, 10:55
"Azərbaycanın Tehrandakı səfirliyinə edilən bu hücumu qətiyyətlə pisləyirəm. Səfirliklərin hər cür mühafizəsini götürmək müvafiq ölkənin məsuliyyəti, vəzifəsi və hətta şərəfidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılqan bildirib. General əlavə edib ki, İran keçmişdə bu mövzuda çox pis göstəricilərə malik ölkədir:

"Xomeynidən sonra ABŞ səfirliyinə basqın etdiyi və diplomatlarının aylarla girov saxlandığını xatırlaya bilərik. İran kəşfiyyatının Azərbaycan səfirliyinə basqının qarşısını ala bilməməsi dəhşətlidir. Xəbəri alıb da onun qarşısını almayıbsa, bu, daha pisdir. Ona görə də, bu terror aktı "bu hadisəni törədənlər tapıldı" kimi sözlərlə ört-basdır edilməli bir hadisə deyil. İki ölkənin kəşfiyyat idarələri hadisənin arxasındakı həqiqəti üzə çıxarmaq üçün birlikdə çalışmalıdırlar. İran bu əməkdaşlığa razı deyilsə, məna başqa, qəbul edirsə, başqadır. Azərbaycan bu məsələdə israrlı olmalı və bu hadisənin səbəbini tapmalıdır".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top