BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək

XARİCİ SİYASƏT 28 yan 2023, 09:00
ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçirəcək.

Demokrat.az xəbər verir ki, bunu açıqlamasında ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov deyib.

Y.Abramov deyib ki, İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran İslam Respublikasının son vaxtlar nümayiş etdirdiyi müttəfiq və qonşuluq münasibətlərinə zidd davranışlarının bir parçasıdır. İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir. Bu mənfur terror hücumu qəbuledilməzdir.

Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsini Amerikada yaşayan ABŞ və Yəhudi icmasının fəallarını yasa boğdu. Beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. İran höküməti niyə bu terror aktının qarşısını almayıb və ya almaq istəməyib? Bu suala cavab tələb edirik.

ABŞ Dövlət Departamentinin bu xain teror hücumunu qınamasını alqışladıq. Beynəlxalq ictimaiyyət terror hadisəsinə göz yuma bilməz. Məsələni ictimailəşdirmək üçün Nyu-Yorkda yaşayan həmyerlilərimizlə BMT-nin mənzil-qərargahı önündə dəvət edirik. Məsələyə hüquqi qiymət verilənə qədər dünya ictimayyətinin diqqətini baş verənlərə yönəltməyə çalışacağıq”.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top