Braziliya səfiri: “Azərbaycan xalqı ilə həmrəyik”

XARİCİ SİYASƏT 28 yan 2023, 08:30
Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, habelə Tehranda səfirliyə hücum zamanı həlak olan şəxsin ailəsi ilə həmrəy olduğunu bildirir.

Demokrat.az xəbər verir ki, bu barədə Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz tviter hesabında yazıb.

“Braziliya beynəlxalq hüququn işığında diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır. Onun Hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəy olduğunu bildirir”, - səfir vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top