“Rusiyada futbol yoxdur, Tacikistan və Özbəkistanla heç-heçə oynayırıq”

İDMAN 27 yan 2023, 23:51
“Mənim üçün Rusiya futbol klubları yoxdur, çünki Rusiyada futbol yoxdur”

Demokrat.az
xəbər verir ki, bu fikirləri "sports.ru"ya açıqlamasında rusiyalı mütəxəssis Aleksandr Tixonov deyib.

O, indi əvvəlki futbol rəqabətindən əsər-əlamət qalmadığını düşünür: 

"Sovet İttifaqında mən “Dinamo”nu dəstəkləyirdim. "Dinamo" Moskva, "Dinamo" Tbilisi - bu komandaları dəstəkləyirdim. Sonra "Torpedo", "Spartak" və CSKA parladı. 

Rəqabət var idi, tribunalar dolu idi. İndi nə? Stadionlar tikiblər, amma boşdur, yavaş-yavaş çökəcəklər, çünki o stadionlara heç kim getmir. Mən bu “futbol”a yox, yüksək nailiyyətlərə öyrəşmişəm".

Dünya çempionatı isə fərqli bir aləmdir, tamam başqa səviyyədir. Əgər biz Tacikistan və Özbəkistanla heç-heçə oynayırıqsa, o zaman hansı futboldan danışırıq? Mənim üçün Rusiya futbolu normal oynamağa və nəticə göstərməyə başlayana qədər mövcud olmayacaq”, - deyə A.Tixonov bildirib.

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top