BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pislədi

XARİCİ SİYASƏT 27 yan 2023, 23:41
BMT-nin Baş katibi Antoniu Quterriş Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib.

Bu barədə Demokrat.az-a Amerika bürosuna BMT-nin sözçüsü Stefan Düjarrik bildirib.

“İlk növbədə mərhumun ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. İran rəsmilərinin dərhal araşdırmaya başladığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən məmnunuq.

Bildirmək istərdik ki, diplomatik missiyaya hücum beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir”, - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top