Erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verildi

XARİCİ SİYASƏT 27 yan 2023, 20:53
Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə verib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.

Hərbi qulluqçunun ötən ilin sentyabrında baş verən toqquşma zamanı öldüyü bildirilir.

Qeyd edək ki, toqquşma zamanı Ermənistan ordusunun 200-dən çox hərbi qulluqçusu ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top