Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub

İQTİSADİYYAT 26 yan 2023, 15:11
2022-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub.

AZƏRTAC xəbər verir ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan bu ölkədən 259,8 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 358 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top