Röya hüquq fakültəsinə necə qəbul olub? — BDU-dan AÇIQLAMA

GÜNDƏM 26 yan 2023, 15:22
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.

Məsələyə Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Quliyeva Demokrat.az-a aydınlıq gətirib.

" Qeyd edim ki, Röyalə Nəcəfova universitetə əlavə təhsil  üzrə qəbul olunub, lakin xaric edilib. Bu barədə vaxtilə mətbuatda kifayət qədər məlumat dərc olunub. BDU-nun məzunları arasında Röyalə Nəcəfova adlı məzun yoxdur. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top