“Artıq Vardanyan Paşinyanı özünə rəqib bilir”

GÜNDƏM 24 yan 2023, 22:27
“Artıq Vardanyan Paşinyanı özünə rəqib bilir”  

"Ruben Vardanyanın  BBC-nin “Hard Talk” proqramında iştirak etməsi onun populyarlığının artırılmasına hesablanıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.



"Ümumiyyətlə, onun veriliş çərçivəsində səsləndirdiyi fikirlər önəmli deyil. Ona verilmiş suallara reaksiyasından da açıq-aydın görmək olur ki, verilişə nə üçün çıxıb... Suallara cavab verməkdən aşkar şəkildə yayınması, o deməkdir ki, Vardanyan Paşinyanı özünə artıq rəqib bilir və özünü də Paşinyana rəqib olaraq hazırlamaqdadır. Reytinqli verilişdə çıxış etmək onun populyarlığının artırılması üçün vacibdir. Hətta, qondarma rejimlə bağlı da populist fikirlər səsləndirdi. Bu, hətta Vardanyanın inanmadığı fikirlərdir. Vardanyan növbəti mərhələyə hazırlıq addımları atır. Vardanyanın verilişdə hansı vəziyyəti düşməsi onun üçün önəmli deyil, onun üçün ən önəmli məsələ o verilişdə görünmək idi".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top