Antarktidadan London boyda aysberq qopdu — FOTO

DÜNYA 24 yanvar 2023, 21:42
Antarktidadakı Brant Şelfindən London ölçüsündə nəhəng aysberq qopub.

Bu barədə Britaniya Antarktika Xidməti məlumat yayıb və vurğulayıb ki, bu, son iki ildə ikinci belə qopmadır.

Xidmət qeyd edir ki, aysberqin əmələ gəlməsi təbii prosesin nəticəsi olub və iqlim dəyişikliyi ilə bağlı deyil. Ayrılan buzun sahəsi 1550 kvadrat kilometr qiymətləndirilir.

"Bu hadisə gözlənilən idi və Brant Buz Şelfinin təbii davranışının bir hissəsidir. Bu, iqlim dəyişikliyi ilə əlaqəli deyil", - BAS buzlaqşünası Dominic Hodgson vurğulayıb.

Alimlər ilk dəfə olaraq 10 il əvvəl şelfdə nəhəng çatlar müşahidə ediblər, ona görə də onun əmələ gəlməsi təəccüblü olmayıb.  Bənzər bir proses, bir il əvvəl sahəsi 1270 kvadratmetr olan aysberqin ayrılması ilə müşayiət olunub.

Qeyd edək ki, Britaniyanın Halley VI tədqiqat stansiyası hər gün üzən buz şelfinin vəziyyətini izləyir.


Leyla
Demokrat.a

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top