Bu il 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək

SOSİAL 24 yan 2023, 21:09
Bu il daha 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək.

Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, növbəti sertifikatlaşdırma prosesinin yay aylarında başlanılması nəzərdə tutulur.

"Bu il sertifikatlaşdırmadan keçməyən digər ibtidai sinif müəllimləri, eyni zamanda riyaziyyat müəllimləri prosesə cəlb ediləcək".

Qeyd edək ki, ötən il 11 mindən çox ibtidai sinif müəllimi sertifikatlaşdırmadan keçib, onların əmək haqqına nəticələrinə uyğun olaraq müvafiq əlavələr edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top