Maşının hər yerini qaraya bürüyüb içində nə edirlər? — Plyonka AÇIQLAMASI

AVTO 24 yan 2023, 18:27
"Cəmiyyətimizdə avtomobil şüşələrinə plyonka və jalüzlərin vurulmasıyla bağlı qərara bir xeyli maraq müşahidə olunmaqdadır. Gizlənməyə bu qədər həvəs və maraq nəyə görədir ki?! Maşının hər yerini qaraya bürüyüb içində bunlar nə edirlər?! Cinayət edirlər? Yoxsa, terror hazırlığı? Maşın ictimai yerdə hərəkət edən nəqliyyat vasitəsidir. Onun içinin də qıraqdan görünməsi problem yarada bilməz. Əlbəttə ki, gizlin işi olmayan adamlar üçün bu problem deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı  deyib. Ekspertin sözlərinə görə, bu polisin işini də çətinləşdirir:


"Məsələn, hər hansı bir maşında bir adamı zorakılıqla oğurlayıb apararlarsa, yolda dayanmış polis və kənar şəxslər bunu görməyəcək. Hesab edirəm ki, yalnız yay sezonunda jalüz pərdələrə icazə verilə daha məqbul idi. Yəni, maşın uzaq yol gedirsə və gün vurursa pərdəni müvəqqəti olaraq taxmaq olardı. Bu, dəyişikliyin heç bir müsbət tərəfini görmürəm. Nümunəvi ölkələrdə belə bir şeylər yoxdur, şəffaf şüşələrdən istifadə olunur. Orada kimsə kimdənsə gizlənmir. Yaxşı olardı ki, belə dəyişliklər yol hərəkət qaydalarında, avtomobillərin istismarında, rəsmiləşməsiylə bağlı çoxsaylı problemləri həll etsinlər. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşməsinin qarşısı alınsın. Belə mənasız dəyişikliyin heç bir faydası yoxdur. Görünür ki, biz sözdə desək də, əslində, açıq və şəffaf cəmiyyət istəmirik. Qapalı yaşamağa, gizlənməyə meyilli cəmiyyətik..

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top