Yeni qərarla maşınlarda plyonka və jalüzlər necə quraşdırılacaq? — Ekspert aydınlıq gətirdi

SOSİAL 23 yan 2023, 19:26
"Sürücülərin nəzərinə!

Nazirlər Kabineti nəhayət ki, avtomobillərin yan şüşələrinə örtüklərin çəkilməsi məsələsinə rəsmi qərarı ilə aydınlıq gətirdi."


Demokrat.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib:

"NK-nın 21.01.2023-ci il tarixli 18 saylı qərarı ilə minik avtomobillərinin sürücüdən arxada yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilir. Bu şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Yəni bu o deməkdir ki, həmin şüşələrə istənilən tündlükdə plyonka çəkilə və jalüz quraşdırıla bilər. Lakin minik avtomobillərinin göstərilən şüşələrinə pərdə asılması nəzərdə tutulmur.
Qabaq qapıların şüşələrinə və alın şüşəsinə hər hansı örtük çəkilməsi nəzərdə tutulmur. Yalnız alın şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Bu Qərar 30 gündən sonra - təxminən 23 fevraldan qüvvəyə minəcək"

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top