Deputat Etibar Əliyev bu hərəkətilə gülüş hədəfi oldu — YENİLƏNİB

SOSİAL MEDİA 22 yan 2023, 16:22
Milli Məclisin deputatı Etibar Əliyev feysbukda saxta profillə şərh yazmaq istəyərkən özünü gülüş hədəfinə çevirib.

Demokrat.az
xəbər verir ki, deputat özünü ləğv edilmiş KİVDF-nin sabiq əməkdaşı kimi təqdim edərək, feysbuk profili ilə şərh yazıb. Bu zaman Etibar Əliyev saxta profillərindən biri ilə şərh yazdığını düşünürərək, səhvən öz adına olan hesabından özünü tərif edib. 

Deputatın bu hərəkəti sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Etibar Əliyevi "təcrübəli trol" adlandırıb.  

Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov isə saytımıza açıqlamasında bildirib ki, deputatın adından şərh yazılmış həmin profil montajdır:

"Həmin şərhi bir müxalifətçi jurnalist Etibar Əliyevin adından montaj edib hazırlamışdı, sonra üzr istədi".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top