“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk etdi

İKT 22 yan 2023, 13:58
Milyarder İlon Maskın “Twitter“-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.

Bu barədə CNBC telekanalı “Twitter“-də daxili yazışmalara istinadən məlumat yayıb.

Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb. Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının “Twitter”-ə xidməti çətinləşdirəcəyi qənaətindədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top