Şeyxin qudası: "Bəhram elə deyəndə, Nemət Pənahlı kimi adamları nəzərdə tuturdu"

GÜNDƏM 18 yan 2023, 17:15
Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə Əməkdar artist Bəhram Bağırzadənin müdafiəsinə qalxıb. 

Qalib Salahzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Bəhram Bağırzadə  bir neçə gün öncə qalmaqala səbəb olmuş fikirlərində haqlıdır:

"Bəhram Bağırzadə nə deyibsə, düz deyib. Mən Bəhramın fikirləri ilə tam razıyam. Onu tənqid edən adamlara demək istəyirəm ki, Bəhramı qınamaq lazım deyil. Əslində, Bəhram Bağırzadə elə deyəndə, özünü yüngül, düşük aparan adamları nəzərdə tuturdu. Dünən baxıram, Nemət Pənahlının 60-dan çox yaşı var, saçı-saqqalı ağarıb, amma özünü apara bilmir. Mən Bəhram Bağırzadə ilə də, Nemət Pənahlı ilə də bərabər Həcc ziyarətində olmuşam. İkisini də yaxşı tanıyıram". 

Şeyxin qudası deyib ki, Bəhram Bağırzadə fikirlərini tam çatdırmadığı üçün bəzi adamar onu başqa yerə yozmağa çalışırlar:

"O gün oxuyuram ki, Rəşid Mahmudov deyir, güya bakılılara evin damını örtməyo rayonlular öyrədib və sair. Bu, tamamilə səhv fikirlərdir. Bakıda neft hər zaman olduğu üçün evlərin damına qır vurulub. Heç o dövrdə dam örtüyü də yox idi, hamı qır vururdu.

Digər tərəfdən Bakılılar Bəhrəm Bağırzadənin nə demək istədiyini yaxşı anlayırlar, o cümlədən mən də. Hər yerin yaxşısı da, pisi də olur. 

Vaxtilə Bakıda nüfuzlu, hörmətli adamlara "qədeş" deyilirdi. Keçmişdə Bakıda "çuşka Nəzər", "Kəmbərəkət Mirqasım", "sirkə Kərim" kimi hörmətli kişilər yaşayıb. Onların  hamısı rayondan gələnlər idi. Amma hörmətli kişilər kimi yadda qalıblar". 


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top