Bakıda nişanlı qız məktub yazıb özünü eyvandan atdı

KRİMİNAL 16 yan 2023, 14:44
Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində intihar hadisəsi qeydə alınıb.

Demokrat.az
Oxu.az-a istinadən bildirir ki, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib.

Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.

Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi öz əksini tapıb.

Həmçinin intihar edən şəxsin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı da bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top