Zelenskidən onlara qadağa: Siyahıda Peqov da var

DÜNYA 15 yan 2023, 21:10
Ukrayna prezidenti Volodimir Zelenski öz imzası ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) jurnalistlər, mədəniyyət xadimləri və bloqerlər də daxil olmaqla, 198 rusiyalıya qarşı sanksiya haqqında qərarını qüvvəyə mindirib. Məhdudiyyətlərə məruz qalanlar arasında 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra öz yalan xəbərlərilə ad çıxarmış “hərbi jurnalist” Semyon Peqov da var.

Sənədə əsasən, onunla yanaşı rejissor Andrey Konçalovski, prodüser Yana Rudkovskaya, aktyor Yeqor Beroyev, musiqi tənqidçisi Sergey Sosedov, bloger və yazıçı Dmitri
Puçkov, jurnalistlər Pavel Zarubin və Marina Ahmedova, bloqer Yuri Podolyaka, həmçinin teleaparıcılar Marina Kim, Yuliya Baranovskaya, Ancelina Vovka qarşı sanksiyalar tətbiq olunub.

Bundan əlavə, ukraynalı jurnalist Diana Pançenko da sanksiyalara məruz qalıb.

Fərmanda göstərildiyi kimi, məhdudiyyətlərin tətbiqi müddəti on ildir.

Qeyd edək ki, hələ yanvarın 7-də Zelenski 119 Ukrayna və Rusiya mədəniyyət xadiminə qarşı sanksiya tətbiq edən fərmanı imzalayıb. Siyahıya İrina Alleqrova, Dmitri Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Yevgeni Petrosyan və başqaları daxil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top