Rusiya səhər saatlarından Kiyevi raketlərlə vurur

DÜNYA 14 yanvar 2023, 12:19
Səhər saatlarından Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilməkdədir.

Demokrat.az UNIAN nəşrinə istinadən xəbər verir ki, Kiyev sakinləri və qonaqları güclü partlayış səslərindən dərhal sonra hava hücumu xəbərdarlığı ilə bağlı müraciət edilib.

Paytaxtda bir sıra partlayışların baş verdiyi bildirilir. Hazırda partlayışlarla bağlı ətraflı məlumat verilmir.

Kiyev şəhər hərbi administrasiyası Rusiyanın şəhəri raketlərlə hücumlar etdiyini açıqlayıb. Burada hədəf kimi infrastruktur obyektləri seçilir.

Kiyev meri Vitali Kliçko paytaxt əhalisinə öz xəbərdarlığı edib:

“Dnepr rayonunda partlayışlar baş verir. Bütün xidmətlər həmin yerə göndərilib. Sığınacaqlarda qalın!”

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top