Məzahir Pənahovun ailəsində bir həftədə 2 möhtəşəm TOY: "Nazirlər, deputatlar, generallar..."

SOSİAL 12 yan 2023, 13:27
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

Demokrat.az
Manset.az-a istinadən xəbər verir ki, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. M. Pənahov kiçik oğlu Araz Pənahova “Buta Palas"da, elə həmin həftə ərzində böyük oğlu Məhəmməd Pənahova isə “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib. Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nisanov idarə edib. Mərasimdə gəlinlərə qızıl-brilyant hədiyyə ediblər.

MSK sədri Məzahir Pənahov sayta açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top