Paşinyan yalan danışır — Erməni deputatdan ittiham

REGİON 11 yan 2023, 12:58
Ermənistan parlamentinin deputatı, insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan baş nazir Nikol Paşinyanı xalqı aldatmaqda ittiham edib.

Demokrat.az
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, deputat dünənki mətbuat konfransı zamanı Paşinyanın itkin düşən hərbçilərlə bağlı yalan danışdığını söyləyib.

O bildirib ki, 44 günlük müharibədə itkin düşənlərin - hələ də tapılmayan təxminən 200 hərbçinin axtarışları ötən ilin yanvarından dayanıb.

"Paşinyan təəssüf ki, hər şeylə məşğul olduğu barədə rəy yaratmaq istəyir", - erməni deputat şikayətlənib.

Qeyd edək ki, Ermənistan baş naziri dünənki mətbuat konfransında itkin düşən hərbçilərlə bağlı suala cavabında axtarışların davam etdirildiyini bildirmişdi.//Modern.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top