Oğuzda yollar buz bağlayıb, hərəkət məhdudlaşıb — FOTO

HADİSƏ 10 yan 2023, 13:16

Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çoxlu sayda nəqliyyat vasitəsi yolda qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkət, əsasən, şəhərin Heydər Əliyev prospektində məhdudlaşıb.

Gecə temperaturun xeyli düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.

Sürücülər isə “Report”un yerli bürosuna açıqlamalarında şəhərin daxili küçələrinin təmizlənmədiyini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top