Qarabağ erməniləri parçalanır: Balasanyan separatçıların rəhbərliyindən uzaqlaşdırıldı — FOTO

QARABAĞ 07 yan 2023, 14:31
Qarabağdakı erməni separatçı-terrorçu dəstə parçalanıb. 

Demokrat.az
xəbər verir ki, bu gün - yanvarın 7-də qondarma rejimin başçısı Arayik Arutyunyan bir sıra “əmr” imzalayıb.
Vitali Balasanyan Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsindən azad edilib. Onun yerinə Ararat Melkumyan təyin edilib.

Arayik Arutyunyan general-mayor Ararat Melkumyanı da separatçıların “Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini” vəzifəsindən azad edib. Ararat Melkumyanı 44 günlük müharibə zamanı Xocavənd rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı döyüşmüşdü.
Məlumatlara görə, Vitali Balasanyan özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanın təkidi ilə "vurulub". Ermənistan KİV-ləri onların arasındakı münasibətlər kifayət qədər gərgin olduğunu qeyd edir. Vardanyan hazırda Xankəndidə özünə yeni komanda formalaşdırır. 

Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top