Ukrayna ordusu İran istehsalı olan bütün dronları məhv etdi — VİDEO

REGİON 04 yan 2023, 17:06
Ukrayna Silahlı Qüvvələrinin Donetskin Makeyevka rayonunda Rusiya hərbi birləşmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə hücumu nəticəsində 89 rus əsgəri öldürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarə rəisinin birinci müavini, general-leytenantı Sergey Sevryukov Lenta.ru-ya bildirib.

Onun sözlərinə görə, faciədən dərhal sonra bu hərbi hissənin komanda və zabitləri, kiçik komandirlər və digər hissələrin hərbi qulluqçuları həlak olanların xilas edilməsi üçün bütün mümkün tədbirləri görüblər.

"Təəssüf ki, dəmir-beton konstruksiyaların dağıntılarının zamanı həlak olan yoldaşlarımızın sayı 89-a çatıb. Ölənlər arasında alayın komandirinin müavini polkovnik-leytenant Baçurin də var", - Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib .

O əlavə edib ki, bütün zərərçəkənlərə və həlak olan hərbçilərin ailələrinə hər cür yardım və dəstək göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top