İlin sonuncu "Açıq mikrofon" aksiyası Qazaxda baş tutdu — FOTO

SOSİAL 30 dek 2022, 22:15
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bu il üçün sonuncu "Səyyar qəbul otağı" Qazax rayonunda qurulub. Aksiyaya Cəfərli kəndindən üz tutan Yasin Mustafayev əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacında yaranmış borca görə tutulma hissəsinin 30 faizə endirilməsi ilə bağlı müraciət edib.

Ağköynək kənd sakini Amil Əhmədov sayğacın yerinin dəyişdirilməsi, Aytəkin Namazova və Pərvin Alməmmədov isə fərdi yaşayış evində quraşdırılmış əvvəlcədən ödənişli sayğacın kartının aktiv edilməsi ilə bağlı müraciət ediblər. Ünvanlanan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top