İctimai nəqliyyatda sərnişindaşıma 13 faiz artıb

İNFRASTRUKTUR 30 dek 2022, 21:12
2022-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində bütün çətinliklərə baxmayaraq ictimai nəqliyyata etimad artaraq daşımaların həcmi 13% çoxalıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli sosial mediada məlumat yayıb.

V.Kərimli qeyd edib ki, bu il xidmət keyfiyyətinin artırılması məqsədilə yeni 255 avtobus sərnişinlərin istifadəsinə verilib, parkın yenilənməsi 61%-ə çatıb:

"Yeni 8 marşrut xətti nəticəsində daha 30 minə yaxın vətəndaşımızın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. Sektorda şəffaflaşma tədbirləri davam edib və nağdsız səyahətlərin sayı 61%-ə çatıb. Gündəlik orta hesabla 1.100.000 sərnişin nağdsız ödəniş sistemindən istifadə edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top