Bu günə olan yoluxma sayı — FOTO

SOSİAL 30 dek 2022, 17:26
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, 10008 nəfər vəfat edib, aktiv xəstə sayı 495 nəfərdir.

Son sutka ərzində 1384, hazırkı dövrədək isə 7 428 980 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top