"Molla rejimi zülmün bədəlini ağır ödəyəcək"

GÜNDƏM 29 dek 2022, 21:16
"İran hakimiyyəti devriləcəyindən və mövcud iqtidarın ölkəni idarə edə bilməyəcəyindən qorxur".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib. 

"İrandakı mövcud rejim bilir ki, hakimiyyətdən getsələr cəzalanacaqlar. Çünki hakimiyyətdə olduqları 43 il müddətində ölkə əhalisinə olmazın zülmünü ediblər.  Bu rejim anlayır ki, zülmün bədəlini hakimiyyət dəyişikliyi nəticəsində ağır ödəyəcəklər. Bundan qorxduqları üçün də bütün aksiyaları zor gücüylə yatırırlar və aksiya iştirakçılarını isə "pozğun" adlandırırlar. Halbuki, aksiya iştirakçılarının arasında ziyalı da, tələbə də, fəhlə də var. Hakimiyyətin onların tələbini  ödəməyə imkanı yoxdur. Bu tələb isə azadlıq tələbidir". 
Analitik qeyd edib ki, hicabın ləğv edilməsi islam respublikasının siyasi ideoloji təməlinin sıradan çıxması deməkdir:

"Hicab ləğv edilərkən İran hakimiyyətinin təməl prinsiplərindən biri ləğv edilə bilər. Bu isə rejimin çökməsidir. Ona görə də, cəmiyyətdə xof yaratmaq üçün İran hakimiyyəti bu metodlardan- döymək,  edam etmək, həbsxanada saxlanılan insanalara işgəncə vermək, zorakılığa məruz qoymaq kimi metodlardan istifadə edir. Bu səbəbdən də, İran hakimiyyəti daha sərt qərarlar verməyə üstünlük verir".

Nəzrin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top