“Rusiya 120-dən çox raket atıb” — Podolyak

DÜNYA 29 dek 2022, 17:38
Rusiya Ukrayna ərazisinə son gündə 120-dən çox raket atıb

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak öz "Twitter" hesabından paylaşım edib.

Bildirilir ki, Rusiya kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün Ukraynaya 120-dən çox raket atıb.
 
Podolyak Rusiyanın “sülh danışıqları” çərçivəsindəki açıqlamalarını istehzalı şəkildə tənqid edib. 

“Biz sülhlə bağlı Rusiya Federasiyasından təhlükəsizlik təminatları ilə bağlı daha çox təklif gözləyirik”.

Digər tərəfdən, Ukraynanın Odessa və Kiyev şəhərlərinin qubernatorları raket hücumları ilə bağlı açıqlamalar veriblər. Kiyev qubernatoru Oleksiy Kuleba hava hücumundan müdafiə sistemlərinin işlək vəziyyətdə olduğunu bildirib. Odessa qubernatoru Maksim Marçenko 21 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini vurğulayıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top