Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

DÜNYA 28 dek 2022, 23:38
Yaponiyada son sutkada 415 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Məlumatı Yaponiyanın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bu statistika sutkalıq göstəriciyə görə yüksəkdir.

Məlumatda bildirilib ki, çərşənbə günü 216 219 yeni yoluxma halı təsdiqlənib ki, bu, ötən həftə ilə müqayisədə 4% çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiya həftə ərzində COVID-19 virusuna yoluxmaya görə birinci, ən çox ölüm hallarına görə isə ABŞ-dan sonra ikinci yerdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top