Salyanda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

HADİSƏ 27 dek 2022, 20:27
Salyan rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil yolun kənarında dayanmış “Ford” markalı avtomobilin arxa hissəsinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb. Həmin şəxslərin xəsarəti yüngül olduğundan hadisə yerində onlara ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Ölən şəxsin meyiti isə müayinə üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top