Ayaz Salayev ARKİ-də sədr seçkisinin keçirilmədiyini etiraf edib

SOSİAL 26 dek 2022, 16:39
“Ola bilsin ki, irəliləyən günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) qurultayı keçirilsin”.

Demokrat.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında ARKİ-nin katibi Ayaz Salayev deyib.

O, səsləndirilən iradlarla tanış olmadığını qeyd edib: “Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi”.

Qeyd edək ki, bir neçə gün öncə ARKİ-nin ümumi yığıncağında Şəfiqə Məmmədovanın yenidən İttifaqa sədr seçilməsi xəbəri verilmişdi. Lakin ittifaqın bəzi üzvləri belə bir seçkinin olmadığını və qurultayın keçirilməli olduğunu deyərək etiraz etmişdilər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top