MDB görüşündə nələr yaşanacaq? — ŞƏRH

SİYASƏT 26 dekabr 2022, 14:27
Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar. Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki,  həmin görüşdə Qarabağla hər hansı müzakirənin aparılacağı gözlənilmir. Politoloq qeyd edib ki, görüşdə təkbətək görüşlər gözlənilir:

"Rusiya prezidenti ilə dövlət başçılarınıntəkbətək görüşü gözlənilir. Ancaq üçtərəfli Qarabağla bağlı müzakirələr olmayacaq. Bunu Peskov da öz çıxışında vurğuladı. Təbii ki, ikitərəfli görüşlər zamanı mühüm məsələr müzakirə edilə bilər".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top