“Telegram”da yeni funksiya peyda olacaq — FOTO

İKT 26 dek 2022, 00:14
“Telegram” fayllar üçün spoyler funksiyasını işə salmağa hazırlaşır. Bu imkan artıq mesajlar üçün aktivdir.

Məlumata görə, yenilik Android üçün 9.3 (30029) beta versiyasında tapılıb. Mesaj göndərilərkən spoyler funksiyasını seçmək mümkün olacaq və media fayllar gizlədiləcək.

Onlara yalnız ekrana toxunmaqla baxmaq mümkün olacaq.

Bundan əlavə, qrup üzvlərini (100 və daha çox üzvdən ibarət qruplarda) gizlətmək mümkün olacaq, orada yalnız inzibatçılar görünəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top