Vətən müharibəsində “naoborot qızışıyoruz” sözləri ilə məşhurlaşan Gəncə sakini vəfat edib — VİDEO

SOSİAL 25 dek 2022, 13:50
44 günlük müharibə zamanı TV-də müsahibəsi zamanı bir ifadəsi ilə məşhurlaşan Gəncə sakini Tariyel Şahverdiyev vəfat edib. 

Demokrat.az xəbər verir ki, müharibə zamanı - 5 oktyabr 2020-ci ildə Ermənistan tərəfindən Gəncənin bombalanmasından sonra türk TV-lərinə müsahibə verən T.Şahverdiyev müxbirin sualına “Ermənistan mülki vətəndaşları vurmaqla bizi qorxutmaq istəyir. Amma Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” deyə cavab vermişdi.

Tariyel Şahverdiyevin “naoborot qızışıyoruz” ifadəsi xalq arasında yayılaraq məşhurlaşmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top