“Rəsmi Bakı hazırkı vəziyyətə baxışını ətraflı izah edib”

SİYASƏT 23 dek 2022, 17:32

"Azərbaycanlı nazir rəsmi Bakının hazırkı vəziyyətə baxışını ətraflı izah edib".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əgər Ermənistan xarici işlər naziri Mirzoyan razılaşmaya riayət edərək iştirakını təsdiqləsəydi, o da eyni imkana malik olardı və bu halda dünya ictimaiyyəti özü nəticə çıxara bilərdi.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti qaçırıb: "Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top