Putin “Şimal axını”na hücumu terror adlandırdı

REGİON 23 dek 2022, 08:57
Rusiya prezidenti Vladimir Putin “Şimal axını”na hücumun maraqlı dövlətlərin dəstəyi ilə təşkil edildiyini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, Putin hücumları terror aktı kimi təqdim edib.

“Bu, terror aktıdır. Hadisə göz qabağındadır və bunu hamı etiraf edib. Bu, beynəlxalq, həm də deyərdim ki, dövlət terrorizmidir", - Rusiya lideri deyib.

O hesab edir ki, dövlət strukturlarının dəstəyi olmadan heç kim bu təxribatı təşkil edə bilməz: “Belə hallarda onlar adətən deyirlər: “Görün kimə maraqlıdır”.

Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top