Vasif Talıbov “WhatsApp” statusuna görə Xalq artistini işdən çıxarıbmış — VİDEO

GÜNDƏM 23 dek 2022, 00:40
“Naxçıvanda xalq üçün ən qorxulu, ən amansız adam şəxsən Azər Zeynalovun özüdür”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Xalq artisti Həsən Ağasoy deyib.

Sənətkar Muxtar Respublikanın keçmiş sədri Vasif Talıbovun hakimiyyəti dövründə başına gətirilən müsibətlərdən söz açıb. O, bir "WhatsApp" statusuna görə çalışdığı teatrdan çıxarıldığını, aylarla işsiz qaldığını açıqlayıb.

Aktyor həmin dövrdə hazırda Vasif Talıbovun səlahiyyətlərini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun tapşırığı ilə televiziyalarda onun rol aldığı tamaşaların yayımdan qaldırıldığını, səsləndirdiyi şeirlərin efirə verilmədiyini əlavə edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top